Avro-2020-yə ev sahibliyi bu şəhərdən alındı | DEFAKTO.AZ Avro-2020-yə ev sahibliyi bu şəhərdən alındı – DEFAKTO.AZ

Avro-2020-yə ev sahibliyi bu şəhərdən alındı

89

İspaniyanın Bilbao şəhəri Avro-2020-yə ev sahibliyi edəcək şəhərlər siyahısından çıxarılıb.

“Defakto.az” xəbər verir ki, bu barədə Bilbao Şəhər Şurasının rəsmi saytı məlumat yayıb.

Açıqlamada deyilir: “UEFA bu gün birtərəfli qaydada “San Mames”i Avro-2020-nin stadionlar siyahısından çıxarmaq qərarına gədliyini bizə bildirdi”.

UEFA Bilbaonun azarkeşlərlə bağlı təminat vermədiyi üçün bu addımı atıb. “Marca” nəşri yazıb ki, Bilbao rəhbərliyi UEFA-nın qərarı ilə razılaşmır və müqavilənin şərtlərinin pozulduğu üçün təzminat tələb etmək niyyətindədir.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun – 11 iyula təxirə salınıb. Avro-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. UEFA-ya azarkeşlərlə bağlı təminat verən Bakı A qrupunun üç və 1/4 final mərhələsinin bir oyununu qəbul edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir