Mingəçevirdə 32 yaşlı kişi qətlə yetirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan DEFAKTO.az-a verilən məlumata görə, sentyabrın 29-u saat 20 radələrində 1991-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Sönməzbəy Nəriman oğlu Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə polisə məlumat daxil olub.
Hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər keçirilir.