“Bizim tarixi torpaqlarımızda, o cümlədən Zəngəzurda yaşamaq hüququmuz var”
Bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Haber Global”ın efirində deyib.
Onun sözlərinə görə, Azərbaycan Qarabağın erməni sakinlərinə qalıb yaşamağı təklif edir:
“Amma bizim də öz tarixi torpaqlarımızda, o cümlədən Zəngəzurda yaşamaq niyyətimiz var. Beynəlxalq ictimaiyyət və Ermənistan bu hüququmuzu təmin etməlidir”.
Diplomat həmçinin bildirib ki, 1991-ci ildən etibarən Qarabağda cinayət törətmiş bütün cinayətkarlar haqqında Azərbaycan hüquq-mühafizə orqanlarında məlumat var: “Artıq müharibə cinayətkarı olan üç nəfər saxlanılaraq Bakıya gətirilib. Biz bütün müharibə cinayətkarlarını məsuliyyətə cəlb edəcəyik. İşlər hələ qabaqdadır. Azərbaycanın bütün dövlət qurumları, o cümlədən Xarici İşlər Nazirliyi bu işlə məşğuldur”.