Fransalı ekspert: “Qafqazda sabitliyin qorunması Avropa ölkələrinin prioriteti olmalıdır” | DEFAKTO.AZ Fransalı ekspert: “Qafqazda sabitliyin qorunması Avropa ölkələrinin prioriteti olmalıdır” – DEFAKTO.AZ

Fransalı ekspert: “Qafqazda sabitliyin qorunması Avropa ölkələrinin prioriteti olmalıdır”

36


“Qafqazda sabitliyin qorunması Avropa ölkələrinin prioriteti olmalıdır”.

Bunu “DEFAKTO.az”un Fransa bürosuna açıqlamasında Diplomatiya və Dialoq üçün Beynəlxalq Şuranın direktoru Erik Gozlan bildirib.

O söyləyib ki, azərbaycanlılar tarix boyu dəfələrlə soyqırımına məruz qalıblar:

“Azərbaycanlılar tarix boyu dəfələrlə etnik təmizləməyə məruz qalıb, azərbaycanlı olduqları üçün öldürülüblər. Xocalı faciəsi, azərbaycanlıların 1988-89-cu illərdə Ermənistandan deportasiyası buna misaldır. 1918-ci il martın 31-də üç gün ərzində azərbaycanlılar qırğına məruz qalıblar. Kulne adlı alman Bakıda baş verənləri təsvir edərkən ermənilərin nə uşaqlara, nə də böyüklərə yazığı gəldiyini yazır”.

Ekspert bildirib ki, Qafqaz geosiyasi cəhətdən mürəkkəb regiondur və bu bölgədəki münaqişələr onun hüdudlarından kənarda sabitliyi poza bilər:

“Qafqaz enerji nəqli, xüsusilə neft və təbii qaz üçün əsas regiondur. Boru kəmərləri regiondan keçir, bu resursları Avropaya və digər beynəlxalq bazarlara nəql edir. Bölgədəki hər hansı münaqişə və ya qeyri-sabitlik əhəmiyyətli iqtisadi və geosiyasi dəyişikliyə səbəb ola və beləliklə enerji təchizatını poza bilər”.

Ekspertin fikrincə, Qafqazda qeyri-sabitlik birbaşa Avropanın təhlükəsizliyinə təsir göstərə bilər:

“Bu regionda silahlı münaqişələr və ya humanitar böhranlar Avropa ölkələri arasında gərginliyə və enerji təchizatı marşrutlarının pozulmasına, qitənin təhlükəsizliyi və sabitliyinə təsir edə bilər”.