Azad Həmkarlar İttifaqının 100 illik yubileyi döş nişanı ilə təltif olunublar. | DEFAKTO.AZ Azad Həmkarlar İttifaqının 100 illik yubileyi döş nişanı ilə təltif olunublar. – DEFAKTO.AZ

Azad Həmkarlar İttifaqının 100 illik yubileyi döş nişanı ilə təltif olunublar.

33

Həmkarlar təşkilatının işində fəallığına, təşkilatın işinin təbliğində, təşkil etdiyi və keçirilən tədbirlərdə xidmətlərinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Respublika Komitəsinin Rəyasət Heyətinin 28 nömrəli, 01 mart 2021-ci il tarixli qərarına əsasən ATİAHİ İsmayıllı Rayon Komitəsinin bir qrup fəalı “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illik yubiley döş nişanı” ilə təltif olunublar.
Təltif olunanlar sırasında Ana Vətən Patriyası İsmayıllı rayon təşkilatının sədri, İsmayıllı bələdiyyəsinin sədr müavini, “İsmayəllə xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru Şahməmməd Soltanovun (Dağlaroğlunun) da adı vardır. İctimaiyyət arasında həm də şair kimi tanınan Ş.Dağlaroğlu təltifi şəxsinə diqqət, əməyinə yüksək qiymət kimi qəbul edib, Komitənin rayon bölməsinə – İsmayıllı Rayon Təhsil Şöbəsinin rəhbərliyinə sonsuz təşəkkürlərini bildirib.
Şair qeyd edib ki, heç bir təltifsiz belə, bir vətəndaş kimi Vətənin, xalqın, yurdun xidmətçisi olmaq borcumuz və şərəf işimizdir!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir