Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışı oldu | DEFAKTO.AZ Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışı oldu – DEFAKTO.AZ

Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışı oldu

97

Aprelin 20-də Hacıqabulda “Azersun Şamaxı Aqropark”ın açılışı olub.

Defakto.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi.

Bildirildi ki, müəssisə 2 hissədən – əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 5 min baş iribuynuzlu heyvan saxlanılır. Aqroparka məxsus 4200 hektar əkin sahəsində buğda, arpa, şəkər çuğunduru, qarğıdalı, yonca və müxtəlif növ tərəvəzlər əkilir. Suvarma üçün burada iki süni göl də yaradılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir