Bakıda skuterlə yolu keçən şəxsi avtomobil vurub | DEFAKTO.AZ Bakıda skuterlə yolu keçən şəxsi avtomobil vurub – DEFAKTO.AZ

Bakıda skuterlə yolu keçən şəxsi avtomobil vurub

9


Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

DEFAKTO.az xəbər verir ki, hadisə Heydər Əliyev Mərkəzinin qarşısında qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Elşən Rəşid oğlu Quluzadə skuterlə yolu keçərkən onu maşın vurub.

Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.