ERMƏNİLƏRƏ “DƏMİR YUMRUQ” MESAJI | DEFAKTO.AZ ERMƏNİLƏRƏ “DƏMİR YUMRUQ” MESAJI – DEFAKTO.AZ

ERMƏNİLƏRƏ “DƏMİR YUMRUQ” MESAJI

18

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin iştirakı ilə aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirən bir mesajdır, həm də, Ermənistana növbəti “Dəmir yumruq” xəbərdarlığıdır. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının və qüdrətli dövlətlərinin 30 il ərzində Ermənistanın işğalçılıq siyasətini dayandıra bilməməsi və ya buna bilərəkdən şərait yaratmaları beynəlxalq aləmdə baş alıb gedən ikili standartların nəticəsi idi. Ancaq dövlətimizin başçısının dediyi kimi, işğal əbədi ola bilməzdi. Azərbaycan dövləti ərazi bütövlüyünün təmin olunması üçün bütün vasitələrdən istifadə edirdi. Dünyanın 50 ən güclü ordusu sırasında olan Silahlı Qüvvələrimiz işğal altında olan ərazilərimizi öz gücü ilə azad etmək iqtidarında idi.

  Artıq hamımız bu təşəbbüslərin həyata keçirilməsinə şahidlik etməkdəyik. Belə ki, Prezident İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etdi və burada çıxışı zamanı səsləndirdiyi fikirlərlə, etdiyi xəbərdarlıqlarla düşmən tərəfə - Ermənistanın hərbi-siyasi rəhbərliyinə və revanşist siyasətçilərinə növbəti dəfə göz dağı verdi, psixoloji zərbə vurdu. Prezidentimizin bu təşəbbüsü hərb tariximizin təbliği baxımından da olduqca önəmli təşəbbüsdür. 

   İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərin nəticələrinin bu cür park formasında, açıq hava muzeyi qismində nümayiş etdirilməsi düşməni mənəvi-psixoloji cəhətdən əzməklə yanaşı, öz vətəndaşlarımızda, xüsusən də gənclərimizdə milli qürur hissinin formalaşdırılması, məktəblilərimizdə vətənpərvərlik ruhunun daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyətə malikdir. Bura sözün hər mənasında milli qürur yerimizə çevriləcək. Yeniyetmə gənclərimiz bu parkda nümayiş etdirilən hərbi texnikaları, qənimətləri əyani şəkildə görməklə 44 günlük müharibədə düşmənin necə darmadağın edilməsi barədə real təsəvvürlərə malik olacaqlar. Onlar real tarixlə canlı təmas quracaqlar. 
   Böyük Qələbə Azərbaycan dövlətinin hərbi gücünün təzahürüdür. İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi, müasirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini aparmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq. Azərbaycan Ordusunun təcrübəsi və hərbi strategiyası beynəlxalq ekspertlər tərəfindən öyrənilir. Bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, uğurlarımız, Qələbəmiz öyrənilir. Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər.
  Hərbi Qənimətlər Parkınınarkın açılışı və bu parkdakı qənimətlər qoy ermənilərə də dərs olsun. Görsünlər ki, işğalçılıq və zülm heç vaxt cavabsız qalmır, ədalət nə vaxtsa mütləq öz yerini tapır. Prezidentimizin sözüylə desək, "budur onlara verilən cavab. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir!".

Füzuli Quliyev, Cəlilabad şəhər Nizami adına 1 nömrəli Humanitar və Təbiət fənləri təmayüllü məktəb-liseyin direktoru




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir