Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır | DEFAKTO.AZ Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır – DEFAKTO.AZ

Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır

82

Bu gündən “Azəristiliktəchizat” ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını dayandıracaq. 

Qurumun mətbuat rəsmisi Rafiq Əliyev bildirib ki, bəzi dağlıq və dağətəyi regionlarda istiliyin verilməsi mayın 1-nə kimi davam edəcək: “Bu gündən etibarən istilik xətlərinə hidravlik təzyiq verilib yoxlanılmasına başlanılacaq. Bunun  əsasında da  növbəti payız-qış mövsümünə hazırlıq tədbirləri görüləcək”. 

Azərbaycanda hər il istilik mövsümü noyabrın 15-də başlayır, növbəti il aprelin 15-də isə başa çatır. Buna görə də bu gün respublikanın istiliklə təmin edilməsiylə bağlı son gün hesab edilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir