Türkiyə “Google”u cərimələdi | DEFAKTO.AZ Türkiyə “Google”u cərimələdi – DEFAKTO.AZ

Türkiyə “Google”u cərimələdi

19

Türkiyə hakimiyyəti ölkədəki rəqabət haqqında qanunu pozduğuna görə “Google” korporasiyasını 296 milyon türk lirəsi (36,6 milyon ABŞ dolları) məbləğində cərimələyib.

Bu barədə “Defakto.az” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Türkiyənin Rəqabət Şurası qeyd edib ki, “Google” şirkəti kontent xidmətləri bazarında adi axtarışın nəticələrini çətinləşdirərək, ümumi axtarış nəticələrinin yuxarı hissəsində mətn elanları yerləşdirərək öz rəqiblərini istisna etməklə qanunu pozub.

Qurumun məlumatına görə, araşdırma texnoloji nəhəngin törəmə şirkətləri ilə bağlı aparılıb – “Google Reklamcilik ve Pazarlama Ltd.”, “Google International LLC”, “Google LLC”, “Google Ireland Ltd.” və “Alphabet”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir