Abşeronda intihar hadisəsi olub.
DEFAKTO.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində baş verib.
Belə ki, şəxsiyyəti hələlik bilinməyən 17 yaşlı yeniyetmə qız özünü binanın 9-cu mərtəbəsindən ataraq, həyatına son qoyub.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.