Bu gün Bakıda cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilir | DEFAKTO.AZ Bu gün Bakıda cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilir – DEFAKTO.AZ

Bu gün Bakıda cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilir

20


Bu gün Bakıda cüdo üzrə Böyük Dəbilqə turnirinə start veriləcək.

DEFAKTO.az xəbər verir ki, ilk gündə kişilər iki, qadınlar isə üç çəki dərəcəsində mübarizə aparacaqlar.

Azərbaycan millisinin 13 idmançısı bu gün çıxış edəcək. Onlardan səkkizi kişi, beşi isə qadın cüdoçulardır.

Kişilər

60 kq

Balabəy Ağayev – Lukhumi Çkvimiani (Gürcüstan)
Əhməd Yusifov – Jorre Verstraeten (Belçika)
Rövşən Əliyev – Lior Rafailov (İsrail)
Nazir Talıbov – Giorgi Sardalaşvili (Gürcüstan)

66 kq

Qasım Vəlizadə – Antoni De Angelis (Latviya)
Yaşar Nəcəfov – Yermek Amangeldi (Qazaxıstan)
Rəşad Yelkiyev – Lukas Saha (Finlandiya)/Yanislav Gerçev (Bolqarıstan) cütünün qalibi
Ruslan Paşayev – Tal Fliçer (İsrail)

Qadınlar

48 kq

Ramilə Əliyeva – Marusa Stanqar (Sloveniya)
Şəfəq Həmidova – Meri de Varqas (Çili)
Leyla Əliyeva – Tamar Malca (İsrail)

52 kq

Gültac Məmmədəliyeva – Joana Dioqo (Portuqaliya)

57 kq

Nərgiz Hacıyeva – Timna Nelson Levi (İsrail)

Qeyd edək ki, Böyük Dəbilqə turniri sentyabrın 24-də başa çatacaq.