Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib, ana və oğlu xəsarət alıblar.
“Report”un məlumatına görə, Ələt magistral yolunun Qaradağ rayonu ərazisində iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 1991-ci il təvəllüdlü Nabat Hafiz qızı Paşayeva və onun övladı 2010-cu il təvəllüdlü Yusif Elvin oğlu Paşayev xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ananın vəziyyəti ağır olduğu üçün o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.