Türkiyə ilə gömrük sahəsində daha bir sənəd imzalandı – Video | DEFAKTO.AZ Türkiyə ilə gömrük sahəsində daha bir sənəd imzalandı – Video – DEFAKTO.AZ

Türkiyə ilə gömrük sahəsində daha bir sənəd imzalandı – Video

99

Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Türkiyə Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə birgə komitənin dördüncü iclası keçirilib.

DGK-dan verilən məlumata görə, iclasda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və aidiyyəti qurumların rəhbərləri, Türkiyə ticarət nazirinin müavini Rıza Tuna Turaqayın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

DGK-nın inzibati binasında Dövlət Gömrük Komitəsi ilə Türkiyə Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə birgə komitənin dördüncü iclası keçirilib.

İclasda çıxış edən Səfər Mehdiyev iki ölkənin gömrük qurumları arasında indiyə qədər 8 sənəd imzalandığını və səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu diqqətə çatdırıb. S. Mehdiyev iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, sərhədkeçmə proseslərinin sadələşdirilməsi, məlumat və təcrübə mübadiləsinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Daha sonra Azərbaycan Dövlət Gömrük Komitəsi və Türkiyə Ticarət Nazirliyi arasında 2021/2022-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair tədbirlər planı ilə bağlı müzakirələr aparılıb.

Sonda “Azərbaycan Dövlət Gömrük Komitəsi və Türkiyə Ticarət Nazirliyi arasında 2021/2022-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair tədbirlər planı” imzalanıb.

Sənədi Səfər Mehdiyev və Rıza Tuna Turaqay imzalayıblar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir