Goranboy Başçısından Şikayət: “İstəyirsən, Get, Prezidentə Yaz, Heç Kimdən Qorxmuram”- Video | DEFAKTO.AZ Goranboy Başçısından Şikayət: “İstəyirsən, Get, Prezidentə Yaz, Heç Kimdən Qorxmuram”- Video – DEFAKTO.AZ

Goranboy Başçısından Şikayət: “İstəyirsən, Get, Prezidentə Yaz, Heç Kimdən Qorxmuram”- Video

18

Azərbaycanda son dönəmlərdə Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq və digər hüquq-mühafizə orqanları ölkədə korrupsiya, rüşvət, məmur özbaşınalığına qarşı əməliyyatlar həyata keçirir. Nəticədə vəzifəli şəxslər həbs olunur. Lakin bu həbslərlə paralel olaraq məmur özbaşınalığı da davam edir.

Redaksiyamıza müraciət edən Göygöl rayon sakini, sahibkar Eldar Həsənov Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev əməllərindən üsyan edir. O bildirir ki, 20 ilə yaxın müddət ərzində minlərlə baş mal-qara saxlayıb, ölkədə kənd təsərrüfatının inkişafına dəstək verib. Goranboy rayonu ərazisində yerləşən örüş sahəsində 17 ildir ki, mal-qara saxlayır. Lakin icarə müqaviləsi bitdiyi halda onunla yenidən icarə müqaviləsi bağlanılmır. Hətta, Eldar Həsənovun lehinə 9 məhkəmə qətnaməsi də mövcuddur. Redaksiyamıza müraciət edən sahibkar ölkə başçısından imdad diləyir.

Ətraflı məlumatı hazırladığımız videodan izləyə bilərsiniz:

Qarşı tərəfin mövqeyini dinləyib dərc etməyə hazırıq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir