NATO Rusiyanı müzakirə edəcək | DEFAKTO.AZ NATO Rusiyanı müzakirə edəcək – DEFAKTO.AZ

NATO Rusiyanı müzakirə edəcək

174

NATO üzvü olan ölkələrin müdafiə və xarici işlər nazirləri Rusiyanın Ukrayna ilə sərhəddəki hərbi hərəkətliliyi və ordusunu artırmasının ardından sabah videokonfrans formatında toplanacaqlar.

“Defakto.az” xəbər verir ki, bu barədə NATO məlumat yayıb.

Bildirilib ki, sabah ABŞ müdafiə naziri Lloyd Austinlə ABŞ dövlət katibi Entoni Blinken Brüsseldəki NATO qərargahında NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcəklər.

Bundan öncəki açıqlamalarda İraq və Əfqanıstanla yanaşı, Rusiya məsələsinin də müzakirə ediləcəyi bildirilmişdi.

NATO-nun açıqlamasında qeyd edilib ki, sabah bu görüşdən sonra Şimali Atlantika Alyansının iclası NATO müttəfiqlərinin müdafiə və xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək.

İclasa Austin və Blinken Brüsseldən qoşulacaq.

Y.Stoltenberq bu gün Ukrayna xarici işlər naziri Dmitro Kulebanı qəbul edib, NATO-Ukrayna Komissiyasının iclası keçirilib.

Rusiyanın Ukrayna sərhədində və qeyri-qanuni ilhaq etdiyi Krımda hərbi qüvvələrini və hərəkətliliyini son həftələrdə artırdığı bildirilib. Kulebanın baş verənlərdən sonra NATO ziyarətində müttəfiq ölkələrin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə tam dəstək verdiyi açıqlanıb.

ABŞ dövlət katibi də Brüsseldə görüşdüyü Kulebaya “Rusiyanın artan təzyiqi qarşısında ABŞ-ın sarsılmaz dəstəyini” ifadə edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir