Hacıqabulda avtomobil aşıb, beş nəfər xəsarət alıb | DEFAKTO.AZ Hacıqabulda avtomobil aşıb, beş nəfər xəsarət alıb – DEFAKTO.AZ

Hacıqabulda avtomobil aşıb, beş nəfər xəsarət alıb

12


Hacıqabulun Navahı kəndində beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“DEFAKTO.az”un Aran bürosunun məlumatına görə, VAZ-21011 markalı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarına aşıb.

Hadisə nəticəsində Ucar rayonunun Qazlıqumlaq kənd sakinləri, 1972-ci il təvəllüdlü Kəmalə Kamal qızı Məmmədova, 1993-cü il təvəllüdlü Sakit Qorxmaz oğlu Məmmədov, 2000-ci il təvəllüdlü Rahib Rafiq oğlu Əliyev, 2020-ci il təvəllüdlü Qorxmaz Sakit oğlu  Əliyev və 2002-ci il təvəllüdlü İlahə Rafiq qızı Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.