Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycan Milli Elmlər Akademiyasının (AMES) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası barəsində inzibati protokol yazıb.
İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) maddəsi ilə tərtib olunan protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilib.
Bu inzibati xətaya görə, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.
Previous Post3 nəfər hərarətə, 2 nəfər isə telefona görə imtahan verə bilmədi
Next Post“Şeron” qrupunun üzvlərindən biri vəfat etdi - FOTO