May ayında 14 gün iş olmayacaq | DEFAKTO.AZ May ayında 14 gün iş olmayacaq – DEFAKTO.AZ

May ayında 14 gün iş olmayacaq

11

May ayında qeyri-iş günlərinin sayı məlum olub.

“Defakto.az” xəbər verir ki, bu il 9 May – Faşizm üzərində qələbə günü bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 10 may qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin 3 dekabr 2020-ci il qərarına əsasən, bu il 13 may (cümə axşamı) və 14 may (cümə) isə Ramazan bayramıdır. Həmin günlər də qeyri-iş günüdür.

Eyni zamanda 28 May – Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir.

Beləliklə, may ayında bayramlarla əlaqədar 4 gün iş olmayacaq. 

Şənbə və bazar günləri də nəzərə alındıqda, ümumilikdə 14 gün qeyri-iş günüdür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir