Aprelin 5-də bağçalar bağlanmayacaq – Yeni qərar | DEFAKTO.AZ Aprelin 5-də bağçalar bağlanmayacaq – Yeni qərar – DEFAKTO.AZ

Aprelin 5-də bağçalar bağlanmayacaq – Yeni qərar

140

Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən dövlət və özəl məktəbəqədər təhsil müəssisələri (bağçalar) ənənəvi qaydada fəaliyyətini davam etdirəcək.

“Defakto.az” xəbər verir ki, bunu canlı yayımda sualları cavablandırarkən təhsil naziri Emin Əmrullayev deyib.

Qeyd edək ki, dünən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonundakı bağçaların fəaliyyəti ilə bağlı fərqli qərar verilmişdi. Bildirilirdi ki, aprelin 5-dən Bakı başda olmaqla sözügedən şəhər və rayonlarda dövlət və özəl məktəbəqədər təhsil müəssisələri bağlanacaqdı. Məlumatı Bakı Şəhər İcra Hakimiyyəti təsdiqləmişdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir