Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirilmiş mətbuat konfransı dövlətimizin başçısının onlarla dörd saatdan artıq davam edən ilk görüşü idi. Bu toplantı bir daha göstəedi ki, Azərbaycan Prezidentinin ötən illər ərzində həyata keçirdiyi uğurlu siyasət bütün cəbhələrdə vəziyyəti ölkəmizin xeyrinə dəyişib.
Bəri başdan demək lazımdır ki, Azərbaycan Prezidentinin bu mətbuat konfransı ölkəmizin beynəlxalq informasiya məkanındakı mühüm qələbəsidir. Mətbuat konfransında dünyanın çoxsaylı nüfuzlu media qurumlarının təmsil olunması, Prezidentə ünvanlanan suallar 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana getdikcə artan maraqdan xəbər verirdi. Milyonlarla izləyicisi, auditoriyası olan mətbuat qurumlarının nümayəndələrinin suallarına ətraflı cavab verən Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik bir siyasi xadim olduğunu hər kəs bir daha gördü. Prezident İlham Əliyevin sualları yüksək diplomatik məharətlə, müxtəlif dillərdə səlis, tam əsaslandırılmış şəkildə cavablandırması xarici media nümayəndələrində, sözün həqiqi mənasında, heyrət doğururdu.
Mətbuat konfransında dünyanın çoxsaylı nüfuzlu media qurumlarının təmsil olunması, Prezidentə ünvanlanan suallar 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana getdikcə artan maraqdan xəbər verirdi. Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə gələn, xüsusilə işğaldan azad edilmiş ərazilərdə vəziyyəti işıqlandıran xarici jurnalistlərin sayı daha da artıb. Cənab Prezidentin də qeyd etdiyi kimi, dünya mətbuatının ölkəmizə münasibəti artıq dəyişir. Əvvəllər Azərbaycan həqiqətləri ilə bağlı susqunluq nümayiş etdirən xarici media indi mövcud reallığı öz gözləri ilə görür və qiymət verir. Əlbəttə ki, bu, müharibədə Azərbaycanın qazandığı tarixi Zəfərlə yanaşı, dövlətimizin başçısının 44 gün ərzində xarici KİV-lərə 30-dan artıq müsahibə verməsinin nəticəsidir. Həmin müsahibələrdə dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasətinin əsl təcavüzkar mahiyyətini ifşa etdi ki, bu da informasiya müharibəsində ermənilərə ən böyük zərbə oldu, Azərbaycana qarşı qərəzli fikirlər müsbətə doğru dəyişməyə başladı.
Ermənistan və ona dəstək verən dövlətlər ilk gündən Türkiyənin bu proseslərdə iştirakının əleyhinə olublar və bu gün də bu yanaşma özünü göstərməkdədir. Azərbaycan həmişə dost, qardaş Türkiyəni yanında görüb, daim onun sülhyaratma prosesində iştirakının vacibliyini bildirib. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması da deyilənlərin təsdiqidir. Azərbaycan tərəfi ümidvardır ki, Rusiya sülhməramlıları üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirəcək, bölgədə sülh, təhlükəsizlik təmin olunacaq, soydaşlarımızın işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı reallaşacaq. Cənab Prezident göstərib ki, bunun üçün işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi əsasdır. Lakin, Ermənistanın xəritələri verməməsi bu prosesi uzadır. Düşünürük ki, bəzi məqamlarda mandatından istifadənin vacibliyi önə çəkilən ATƏT-in Minsk qrupunun həmsədrləri bu xəritələrin verilməsinə cəhdlər göstərməli, ərazilərimizin tez bir zamanda minalardan təmizlənməsinə dəstək olmalıdırlar. Prezident mövcud reallıqlardan çıxış edərək göstərdi ki, Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir. Bizim elə birgə layihələrimiz var ki, gələcəkdə qonşu dövlətlər də bunlara qoşula bilərlər 10 noyabr tarixli Bəyanatın bir bəndi Ermənistan ərazisində nəqliyyat dəhlizi açılması idi. Buna görə də böyük planlar var və onlar reallaşacaq.
Prezident qeyd edib ki, Türkiyə ilə Azərbaycanın maddi-texniki əməkdaşlığı yüksək səviyyədədir, və bu kontekstdə heç bir fikir ayrılığı yoxdur. Postmühariobə dövründə əməkdaşlıq, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizinin yaradılması üçün imkanlar genişdir. Dövlət başçısının son vaxtlar Türkiyə, Rusiya, İran dövlət başçıları ilə görüşləri və fikir mübadiləsi aparmaları onların ortaq mövqedə olduqlarına əsas verir. Əlbəttə, eyni yanaşma olarsa, Ermənistan da bu tədbirlərdə iştirak edə bilər, əks təqdirdə onun vəziyyəti çətinləşəcək. Türkiyə, Rusiya, İran və Azərbaycan arasında körpülərin yaradılması qarşılığında Ermənistan hər hansı mənfi addım atmağa cəhd etməməlidir. Azərbaycan bu regionun tərkib hissəsi olmuş, həmişə də olacaqdır.
Nəzərə alaq ki, Türkiyə şirkətləri Qarabağın yenidənqurma işlərində fəal iştirak edirlər. İlk kontraktlar da bu qardaş ölkə ilə imzalanıb. Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox olan layihələrdə iştirak edirlər. Son az bir müddətdə Füzuli-Şuşa yolunun inşası, Göygöldən Kəlbəcərə uzanan yolun tikintisi bu qəbildəndir. Türkiyədən minalardan təmizləmə işini həyata keçirtməkdən ötrü müasir texnika alınıb,
Bu mənada Prezidentimiz haqlı olaraq deyib ki, ermənilər ağıllarını başlarına yığmalıdırlar. Türkiyə kimi böyük ölkəyə ərazi iddiaları irəli sürmək özünəqəsd deməkdir. Lakin mövcud vəziyyət nəzərə alınaraq, Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına müsbət baxıla bilər. Əsası odur ki, bölgənin sabitliyi, uzunmüddətli sülh üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır. Gələcəkdə Azərbaycan-Ermənistan sərhədi açılarsa, Türkiyə-Ermənistan sərhədinin də bağlı qalmasına ehtiyac qalmayacaq. Biz də bir vətəndaş olaraq, qardaş Türkiyə dövlətinə göstərdiyi bütün dəstəyə görə təşəkkürümüzü bildiririk, cənab Prezidentin bu istiqamətdə apardığı siyasəti tam dəstəkləyirik.
.
Fərqanə Məmmədova
YAP Cəlilabad Rayon Təşkilatının Qadınlar Şurasının sədri
Previous PostQARABAĞ AZƏRBAYCANIN AYRILMAZ HİSSƏSİDİR<br>
Next PostDÜNYA AZƏRBAYCANIN REALLIQLARI İLƏ HESABLAŞIR