ABŞ-da haker 22 hərbçinin məlumatlarını oğurladı | DEFAKTO.AZ ABŞ-da haker 22 hərbçinin məlumatlarını oğurladı – DEFAKTO.AZ

ABŞ-da haker 22 hərbçinin məlumatlarını oğurladı

18

Rusiya ilə əlaqəsi olduğu iddia edilən bir haker ABŞ Konqresinin “Şərəf” medalına layiq görülmüş 22 nəfər hərbçinin şəxsi məlumatlarını oğurlayıb.

Defakto.az xəbər verir ki, bu barədə “Daily Beast” nəşri məlumat verib. Bildirilib ki, cinayətkar oğurladığı məlumatları hərbi mağazalar vasitəsilə “Apple” məhsulları və lüks saatlar almaq üçün istifadə edib. Sonra aldığı məhsulları ABŞ-da ən az 20 fərqli ünvana və oradan isə Rusiyaya göndərib.

Qeyd edək ki, Federal Ticarət Komissiyasına (FTC) görə, ABŞ veteranları şəxsi məlumatların oğurlanmasına mülki vətəndaşlara nisbətən 76% daha çox məruz qalırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir