MDHP-nin cəbhəboyu rayon təşkilatlarından mühüm qərarlar… | DEFAKTO.AZ MDHP-nin cəbhəboyu rayon təşkilatlarından mühüm qərarlar… – DEFAKTO.AZ

MDHP-nin cəbhəboyu rayon təşkilatlarından mühüm qərarlar…

303

Dünən – 18.07.2020 tarixində Milli Dirçəliş Hərəkatı Partiyasının cəbhəboyu rayon təşkilatlarının birgə onlayn müşavirəsi keçirilib. Müşavirədə MDHP sədrinin müavini, Qarabağ departamentinin sədri Şakir Ağayev, Bölgə üzrə səlahiyyətli nümayəndə, Bərdə rayon şöbəsinin sədri Namiq Bəbirov, MDHP Goranboy rayon şöbəsinin sədri Tahir Əhmədov, Gəncə şəhər şöbəsinin sədri Arzu Məlikov, Daşkəsən rayon şöbəsinin sədri Qabil Bayramov, Beyləqan rayon şöbəsinin sədri Vüqar Xankişiyev, Kəlbəcər rayon şöbəsinin sədri Əlövsət Əsədov, Gədəbəy rayon şöbəsinin sədri Fərrux Əsgərov, Ağdam rayon şöbəsinin sədri Oktay Ağayev, Tərtər rayon şöbəsinin sədri Nofəl Sultanov, Cəbrayıl rayon şöbəsinin sədri Tahir Balakişiyev çıxış edərək son günlər düşmənin cəbhənin bir neçə istiqamətindən uğursuz hücum cəhdləri və təxribatları, bütün cəbhəboyu müşahidə edilən gərginlik və ölkənin ictimai-siyasi vəziyyəti, partiyanın mərkəzi orqanlarının qərarlarına uyğun olaraq şöbələrin fəaliyyəti müzakirə edilib.
Aparılan müzakirələrdə aşağıdakı qərarlar qəbul olunub:
1. Hazırkı məqamda olduqca mühüm olduğu üçün milli birlik naminə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı giriş nitqində və sonrakı çıxış və çağırışlarında səsləndirdiyi fikirlərə dəstək və etdiyi çağırışlara qoşulmaq üçün üzvlərə təlimatlar veriləcək;
2. İyul ayının 14-dən 15-nə keçən gecə möhtəşəm Milli birlik, Ali Baş komandana və orduya dəstək göstərilərinə bir qrup təxribatçı, tərəfindən kölgə salma cəhdi düşmən dövlətlərin dəyirmanına su tökmək kimi dəyərləndirilir. Milli Məclisin inzibati binasına hücum təşkil edənlərin törətdiyi təxribatın dövlətə qarşı açıq xəyanət və konkret cinayət əməli olduğu üçün şiddətlə pislənilir və qanuni tədbirlərin görülməsinin sərtləşdirilməsi məqsədəuyğun hesab olunur;
3. Ali Baş komandanın döyüşlərə qatılmaq istəyən könüllülərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçmələri ilə bağlı etdiyi çağırışa uyğun olaraq partiya üzvlərinin kütləvi şəkildə müraciətlərini nəzərə alaraq sistemli yanaşmanı təşkil etmək məqsədi ilə izahat və bu istiqamətdə opertivliyin təmin olunması istiqamətində iş aparmaq.
Müşavirədə qəbul edilən qərarlar MDHP-nin ideya və prinsiplərinə və eləcə də qəbul edilən qərarlara uyğun olduğu üçün partiyanın mərkəzi orqanları və sədri Fərəc Quliyev tərəfindən bəyənilmiş, təsdiqlənmiş, müvafiq dəstəyin verilməsi nəzərdə tutulmuşdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir