Zəngilanda hərbi sursatlar aşkarlanıb – FOTO | DEFAKTO.AZ Zəngilanda hərbi sursatlar aşkarlanıb – FOTO – DEFAKTO.AZ

Zəngilanda hərbi sursatlar aşkarlanıb – FOTO

12


Zəngilanda hərbi sursatlar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları rayonun Beşdəli kəndi ərazisində xidmətdə olan zaman 1 ədəd əl qumbarası, 18 ədəd müxtəlif növ mərmi, 122 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar ediblər.

Sadalanan sursatların təhlükəsiz şəkildə daşınması və məhv edilməsi üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.