“Son hadisələri nəzərə alaraq biz öz hərbi xərclərimizə də yenidən baxmalıyıq…” | DEFAKTO.AZ “Son hadisələri nəzərə alaraq biz öz hərbi xərclərimizə də yenidən baxmalıyıq…” – DEFAKTO.AZ

“Son hadisələri nəzərə alaraq biz öz hərbi xərclərimizə də yenidən baxmalıyıq…”

300

“Neftin qiymətinin aşağı düşməsi nəticəsində itirilən gəlirlərimizin bir hissəsinin yerini doldurmaqdan ötrü əlavə mənbələr arasında korrupsiya,ivnhisarçılıq və onların törətdiyi  fəsadların aradan qaldırılması istiqamətində görülən işlərin dairəsinin sistemli şəkildə genişləndirilməsi xüsusi aktuallıq kəsb edir.”
Bunu Moderator.az -ın suallarını cavablandırarkən millət vəkili Əli Məsimli deyib.
– Hazırkı pandemiya şəraitində 2020-ci ilin birinci yarısında  iqtisadiyyatımızda baş verənlərlə bağlı nə deyə bilərsiniz?         – Keçən il Azərbaycan iqtisadiyytaında 2,2 faiz səviyyəsində artım olmuşdu.Bu göstərici  dünyanın ötənilki 2,3%-lik  iqtisadi artım tempindən aşağı olsa da, MDB-nin 2%-lik orta statistik artımından yüksək idi. Hökumətin rəsmi proqnozlarına görə, 2020-ci ildə Azərbaycanda 3 faizə qədər, yəni orta dünya göstəricisinə yaxın səviyyəsində və MDB-nin orta statistk göstəricindən yüksək bir iqtisadi artm gözlənilirdi. Lakin koronavirus pandemiyası həmin qəbildən olan qlobal, regional və ayrı-ayrı ölkələr üçün verilmiş  bütün proqnozları alt-üst etdi.       Bu ilin birinci yarısında Azərbaycan iqtisadiyyatında həm mənfi və həm də müsbət olmaqla ikili xarakterli meyllər özünü göstərib.Belə ki,bir tərəfdən, bu ilin yanvar-fevral aylarında hökumətin  proqnozlarına yaxın bir səviyyədə-2,8 faizlik artımdan sonra  bu ilin mart ayından başlayatraq Azərbaycan iqtisadiyytı çox ciddi xarici şoklarla üzləşməyə başlayıb.Neftin qiymətinin aşağı düşməsi,digər tərəfədən isə koronavirus pandemiyasına görə tətbiq olunan sərt karantin rejimi,eləcə də pandemiyayanın  törətdiyi bir sıra fəsadlar nəticəsində bu ilin əvvəllərindəki müsbət meylərin bir hissəsi mənfi meyllərlə əvəz olunub. 2020-ci ilin birinci yarısında Ümumi Daxili Məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz,sənaye istehsalı 1,5 faiz, iqtisadiyyta sərmayə qoyuluşu 2,7 faiz, o cümlədən qeyri neft-qaz sektoruna yönəldilən sərmayələr 5,5 faiz azalıb. Cari ilin 1 iyun vəziyyətinə əhalinin banklardakı əmanətləri 2019-cu ilin beş ayı ilə müqayisədə 11 faiz azalaraq 7 milyard 661 milyon manata düşüb.  Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi faktiki qiymətlərlə 30 faiz, ixrac 31 faiz, o cümlədən  qeyri-neft sektoru üzrə ixracımız 9 faiz,  idxalımız isə 29,7 faiz aşağı düşüb.Bu il Azərbaycan iqtisadiyytaında 3 faizə qədər eniş gözlənilir. Kifayət qədər böyük göstərici olsa da, orta hesabla dünya iqtisadiyytaını və Rusiyanı gözləyən kiçilmə tempindən rəqribən 2  dəfə aşağıdır.          Digər tərəfdən isə iqtisadiyyatımızda özünü göstərən sözügedən mənfi meyllərə və  kiçilmələrə rəğmən bu ilin birinci yarısında sənayenin qeyri neft-qaz sektoru 11 faiz, kənd təsərrüfatı məhsulu istehsalı-2,2 faiz, kredit qoyuluşları-12 faiz artıb.Rəsmi məlumatlara görə,bu  ilin 6 ayı ərzində inflyasiya 3 faiz olub. Neftin qiymətinin aşağı düşməsinin ölkə iqtisadiyyatı üçün törətdiyi fəsadlara rəğmən operativ məlumatlara əsasən, dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 3 faizə yaxın və ya 338 milyon manat çox icra olunub.Vergidən daxilolmalar üzrə proqnoz göstəricilərini 327 milyon manat və yaxud 9 faizə yaxın, Gömrükdən daxilolmalar isə  98 milyon manat və ya 5 faiz artıqlaması ilə icra edib. Dövlət büdcəsində 292 milyon manat məbləğində və ya proqnozdan 233 milyon manat çox profisit yaranıb. Bu əsasda dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulmuş bütün sosial proqram və layihələrin icrası təmin edilib. Bu cür müsbət meylləri inkişaf etdirmək, mənfi meyllərin isə təsirini  azaltmaqdan ötrü əlavə tədbirlərin həyat keçirilməsinə ehtiyac var.
– Vəziyyətdən az itki ilə çıxmaqdan ötrü hansı tədbirlərin həyat keçirilməsini daha vacib hesab edirsiz?       – Bu ilin altı ayında neftin orta aylıq qiymətinin 38 ABŞ dolları təşkil etməsi  və koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tətbiq olunması qaçılmaz olan karantin və digər məhdudlaşdırıcı tədbirlərin iqtisadiyyata mənfi təsirləri ilin sonuna həm neft gəlirlərinin, həm də qeyri-neft sektoruna daxilolmaların azalmasına  səbəb olacaq. 2020-ci ilin 01 iyul tarixinə ARDNF-nin aktivləri: 43,2 milyard ABŞ dollar təşkil edib.Neftin orta illik  qiymətinin  proqnozlaşdırıldığı kimi 55 dollar olması şəraitində bu il Dövlət Neft Fonduna (ARDNF)  7,3 milyard dollar yaxın vəsait daxil olması gözlənilirdi. Neft Fondunun 2020-ci ilin yanvar-mart ayları ərzində neft və qaz sazişləri ilə bağlı daxilolmaları  2,2 milyard dollar təşkil edib. İlin sonunacan neftin orta qiymətinin bu ilin birinci yarısındakı səviyyə – 40 dollar ətrafında qalması Dövlət Neft Fondunun gəlirlərinin 1,7 milyard dollara qədər azalda bilər.Neft gəlirlərinin aşağı səviyyədə qalması Azərbaycanda iqtisadiyytaın böhranlı vəziyytinin müddətini uzada bilər. Belə bir  şəraitdə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirildiyi kimi,pandemiyanın yaratdığı keyfiyyətcə yeni sosial və iqtisadi situasiya, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət dəstəyinin göstərilməsinin davam etdirilməsi, səhiyyə sahəsi və digər dövlət ehtiyacları dövlət büdcəsinin icrası ilə bağlı yeni çağırışları formalaşdırır və bununla bağlı əlavə maliyyə təminatının yaradılmasını gündəmə gətirib.Ona görə də birincisi, ənənəvi maliyyə mənbələrindən istifadəni genişləndirməkdən əlavə  həm də  islahatlar yolu ilə iqtisadi fəallığın artırılması, iqtisadiyytın fəaliyyətinin səmərəliliyinin atrırılması,itkilərin yerini tez doldurmaqdan ötrü əlavə gəlir mənbələri kimi çıxış edə bilən amillərdən dolğun istifadə edilməsi və sair bu kimi istiqamətlərdə səylər artırılmalııdr. Bu yöndə bu il Azərbaycan təbii qazının Avropa bazarına çıxarılması istiqamətində görülən işlər yeni əlavə gəlir mənbəyi kimi qarşıdakı illər üçün mühüm əhəmiyyət kəsb edir.Azərbaycanın ən uğurlu layihələrindən biri olan ”Şahdəniz 2″ layihəsinin,TANAP və TAP qaz kəmərlərinin reallaşması  nəticəsində 2020-ci ildən sonra ölkəmiz milyardlarla gəlir əldə edəcək. Beynəlxalq birliyin COVİD-19 ilə mübarizə apardığı bir zamanda Ermənistanın BMT-nin COVİD-19 səbəbindən ümumbəşəri atəşkəsə dair təşəbbüsünü dəstəkləyib, öz üzərinə götürdüyü öhdəliyə əməl etməyərək, Azərbaycan qazının Avropaya nəqlinə başlamasına 3 ay qalmış Azərbaycana qarşı hərbi əməliyyata başlaması təsadüfi deyil.Azərbaycanın enerji resurslarının qərb ölkələrinə və dünya bazarına çıxaran bütün infrastruktur Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu bölgəsindən keçərək Gürcüstana və oradan da Türkiyə və Avropaya yönəlir. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Supsa boru kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu, Bakı-Tbilisi şossesi Ermənistanın hərbi əməliyyatları başladığı yerin  qonşuluğunda yerləşir.Ona görə də erməni tərəfinin bu təxribatı geniş anlamda təkcə Azərbaycana qarşı yox,Avropanın enerji təhlükısizliyinə, Qərbin neft və qaz maraqlarına da ciddi təhdiddir. 12 iyul təxribatına bənzər təxribatlar bundan sonra da davam edə, Avropa bazarına çıxarılan Azərbaycan neft və qazının daşınması risk altına düşə bilər. Ona görə də əməliyyat şəraiti Azərbaycanın hərbi bölmələrinin nəzarəti altında olsa da, ordumuzun gücünə güc qatmaqdan, Vətənimizi böyük qələbəyə qədər  müdafiə etməyə tam hazır olamqdan ötrü, qarşıdurmadan başqa seçimin qalmadığı belə bir şəraitdə resursların bir hissəsini ölkəmizin müdafiəsinin gücləndirilməsinə, o cümlədən  Avropanın enerji təhlükəsizliyini təmin edən dəhlizin hərbi və fiziki təhlükəsizliyini təmin edilməsinə yönəldilməsi zərurəti yaranıb.Bununla əlaqədar olaarq Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki,”bölgədə gedən prosesləri və son hadisələri nəzərə alaraq biz öz hərbi xərclərimizə də yenidən baxmalıyıq”.        İkincisi, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatlar vəziyyəti nə qədər gərginləşdirsə də, pandemiyanın yaratdığı  problemlərin həllinin yeganə yolu islahatların  genişləndirilməsi və dərinləşdirilməsindən keçir. Doğrudur,həm müharibəyə bərabər bir münaqişə,həm də  koronavirus pandemiyasının tüğyan etdiyi bir şəraitdə  islahatlar keçirmək nə qədər çətin olsa da, pandemiyadan irəli gələn çağırışlara vaxtında və tam adekvat cavab verilməsi,onun əhalinin sağlamlığına və güzəranına, iqtisadiyytaımıza mənfi təsirini minimuma endirmək və vəziyyətdən az itki ilə çıxmaqdan ötrü, ötən il həyata keçirilməyə başlanan islahahların genişləndirilməsi və  dərinləşdirilməsi sahəsində işlər daha miqyaslı şəkildə davam etdirilməlidir.          Dövlət pandemiyaya qarşı  mübarizəyə, vətəndaşlarımızın sağlamlığının qorunması,aztəminatlı təbəqənin sosial müdafiəsi və biznes sahəsindəki itkilərin bir hissəsini qarşılamaqdan ötrü  müvafiq tədbirlərin görülməsi üçün resurslar ayırıb. Prezidentin 19 mart tarixli Sərəncamı ilə  pandemiyadan əziyyət çəkən işsiz adamlara, aztəminatlı təbəqələrə, fəaliyyəti məhdudlaşdırılmış sahibkarlıq subyektlərinə kömək, ictimai iş yerlərinin yaradılması, özünüməşğulluq proqramının genişləndirilməsi, səhiyyə sisteminin gücləndirilməsi məqsədilə 1,5 milyard manatlıq tədbirlər planı hazırlanıb. Ümumiyyətlə isə bütün mənbələr hesabına iqtisadiyyata bu dövr ərzində bütövlükdə 3,5 milyard manat həcmində sosial-iqtisadi yardım paketi müəyyən edilib. Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən məlumatlara görə, pandemiya ilə mübarizə tədbirləri, onun ölkə iqtisadiyyatında yaratdığı mənfi təsirlərin azaldılması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən ayrılmış 1 milyard 409 milyon manat vəsaitdən 6 ay ərzində 752 milyon manatlıq hissəsinin maliyyələşdirilməsi təmin olunub. Bu mənbədən səhiyyə sahəsinə ayrılmış 250 milyon manat vəsaitdən 149 milyon manatı, sosial-iqtisadi dəstək tədbirləri üzrə ayrılmış 570 milyon manat vəsaitdən 281 milyon manatı, sosial təminat dəstək tədbirləri üzrə ayrılmış 309 milyon manat vəsaitdən 244 milyon manatı, dövlət şirkətlərinə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı ayrılmış 280 milyon vəsaitdən isə 118 milyon manatı artıq istifadə edilib.              Təbii ki, əhalinin həyat və sağlamlığının qorunması məsələsi bu ilin birinci yarısında olduğu kimi, ikinci yarısında da prioritet təşkil edəcək.Ona görə də yöndə həyat keçirilən tədbirlərin ilin ikinci yarında da  daha təkmil şəkildə həyata keçirilməsi,eləcə də vətəndaşlarn təmkinlə, nizam-intizamla karantin qaydalarına əməl etməsi koronavirus  bəlanın yeni mərhələsini də az itki ilə adlaya blməyimiz üçün çox vacibdir. Bununla belə korinaviris tibbi xaraktrli olmaqla yanaşı, həm də  iqtisadi və sosial xarakterli epidemiya olduğundan, əlavə böyük  itkilərə məruz qalmamaqdan otrü, karantin rejimi şəraitində onun tələblərinə əməl edilmsi ilə yanaşı,iqtisadiyytaımızda gözlənilən kiçilmələrin makroiqtisadi tarazlığa xələl gətirən səviyyəyə çatmasına yol verməməkdən ötrü əlavə tədbirlər görülməliidir.Neftin qiymətinin aşağı düşməsi nəticəsində itirilən gəlirlərimizin bir hissəsinin yerini doldurmaqdan ötrü əlavə mənbələr arasında korrupsiya,inhisarçılıq və onların törətdiyi  fəsadların aradan qaldırılması istiqamətində görülən işlərin dairəsinin sistemli şəkildə  genişləndirilməsi xüsusi aktuallıq kəsb edir.Bununla yanaşı, iqtisadiyyatın rəqəmsalllaşdırılmasının gücləndirilməsi, kölgə iqtisadiyyatının daraldılması, mümkün sahələrdə, ”ağardılmsı”, hesabatlılığın, nəzarətin  və məsuliyyətin artırılması və sair hesabına yüz milyonlarla əlavə vəsait əldə etmək olar. Cari ilin 1 iyul tarixinə muzdlu işçilərin əməkhaqlarının kompensasiyası çərçivəsində 24 min 300 vergiödəyicisi üzrə 210 min muzdlu işçiyə 95 milyon manat vəsait ödənilib. Bundan başqa, fərdi, o cümlədən mikrosahibkarlara maliyyə dəstəyi paketi çərçivəsində 105,6 min vergiödəyicisinə 63 milyon vəsait verilib. Eyni zamanda sərt  karantin şəraitində müəyyən yumşalmalara gedilməsi nəzərdə tutulsa da,insanların xeyli hissəsi əvvəlki qaydada fəaliyyətini davam etdirə bilmir.Ona görə də əhalinin və sahibkarların dəstəklənməsi istiqamətində görülən işlərin  bu ilin ikinci yarısında da karanyin rejimin davam etdirildiyi maddıtdı davam etdirilməsi çox zəruridir. Biznesin çökməsi dərinləşməsin və onun dairəsi genişlənməsin  deyə, pandemiyadan ziyan çəkmiş sahələrdə çalışan müzdlu işçilərin əmək haqqlarının bir hissəsini kompensasiya edilməsi üçün nəzərdə tutulan işlər,eləcə də  mikrosahibkarlar üçün nəzərdə tutulan  maddı dəstək də mütləq davam etdirilməlidir.Məlumdur ki, işsizlər və xüsusi karantin rejimi dövründə gəlirini itirən qeyri-formal işləyən şəxslərlə bağlı ölkə üzrə yaşayış minimumu olan 190 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilib. Bu tədbir aprel və may aylarında genişləndirilərək 600 min şəxsi əhatə edib. Bundan sonra  16 şəhər və rayonda sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyini nəzərə alaraq üçüncü dəfə həmin rayonlar üzrə qeydiyyatdan keçmiş işsizlər və qeyri-formal işləyən şəxslərə ödəniş olunub.Ümumilikdə bu üç ödəniş çərçivəsində vətəndaşlara 280 milyon manat vəsait ödənilib. Sərt karantin rejimi vətəndaşların xeyli hissəsni,eləcə də günəmuzd işləyənləri  işləmək imkanından məhrum edir. Belə vəziyyətdə işsiz vətəndaşlara iyul ayında da 190 manat birdəfəlik yardım verilməlidir.               İşsiz statusu alıb,müavinət ödənilənlərin sayının 1711 nəfərdən 20 min nəfərə çatdırılması irəliyə doğru mühüm addım olsa da,bu qeydə alınmış 330 mindən artıq işsizin cəmi 6,6 faizi səviyyəsindədir.Bu da son rəqəm deyil… İşsizliyə görə sığorta haqqı adlandırılan müavinət verilməli işsizlərin sayı dəqiqləşdirilməklə yenidən artırılmalı və onlar da müavinətlə təmin edilməlidir.İşsiz şəxslər üçün digər bir istiqamət olaraq haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilir.Belə iş yerlərinin sayı 90 minə çatdırılıb.Hökumtin açmağa başladığı ödənişli ictimai iş yerlərinin sayını artırmaq üçün, eləcə də özünüməşğulluğun dairəsinin genişləndirilməsinə əlavə vəsait ayrılmalı və buna müvafiq sistemli  tədbirlər görülməli,həmin işlərin maliyyə mənbələri kimi çıxış edən sənədələrə yenidən baxılmlı,dürüstləşmələr edilməlidir.         Bir sıra yerlərdə içməli və suvarma  suyu sahəsində yaranmış ciddi gərginliklərin aradan qaldırılması,kəskin suçatışmazlığı pronleminin yumşaldılması üçün əlavə təsirli təddirlər görülməlidir.Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi,sudan istifadədə itkilərin azaldılması, sudan qənaətlə istifadə edilməsi, suvarmada suya qənaət edən müasir texnologiyalardan istifadənin dairəsinin genişləndirilməsi, uçot və nəzarət sisteminin gücləndirilməsi,məsuliyyətin artırılması və sair bu istiqamətlərdə işlər sürətləndirilməlidir.         Pandemiyanın nəticələrini aradan qaldırılmasına yönəldilən  antiböhran tədbirlərinə təklif olunan həmin tədbirlər kompleksinin də əlavə edimləsi və yubatmadan həyat keçirilməsi həm gözlənilən sosial gərginliklərin səngiməsində,həm biznesin çökməsinin qarşısnın alınmasında,həm də bir neçə aydan sonra dövlətin indiki təkliflərimizin  maliyyə tutumundan  qat-qat artıq vəsait ödənilməsi problemi ilə qarşılaşmamasından ötrü  mühüm rol oynaya bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir