Bakı və Abşeronda 6 dərəcə şaxta qeydə alındı | DEFAKTO.AZ Bakı və Abşeronda 6 dərəcə şaxta qeydə alındı – DEFAKTO.AZ

Bakı və Abşeronda 6 dərəcə şaxta qeydə alındı

165

Hidrometeoroloji müşahidə şəbəkəsindən daxil olan məlumata əsasən, ölkənin şimal-şərq rayonlarında daha aşağı temperatur göstəriciləri qeydə alınıb. 

Defakto.az xəbər verir ki, bunu ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib. 

O qeyd edib ki, fevralın 25-i gecə və səhər ölkə ərazisində ən aşağı temperatur Quba-Xaçmaz bölgəsində müşahidə edilib. 

İ.İbrahimovanın sözlərinə görə, sözügedən rayonlarda 13-17 dərəcə şaxta müşahidə edilibsə, Qəbələ, Zaqatala, Şəkidə 6-10, Aran rayonlarında 5 dərəcəyədək şaxta olub.

“Maraqlıdır ki, adətən qışın ən şaxtalı keçdiyi Naxçıvan, Şərur , Ordubadda  bu gecə mənfi 2- 3 dərəcə şaxta qeydə alınıb, bu da Bakı şəhərində faktiki qeydə alınan temperaturdan 3 dərəcə yüksəkdir. Bakıda və Abşeronda minimal temperatur mənfi 6 dərəcəyədək olub, şəhərin nisbətən yüksəklikdə yerləşən ərazilərində havanın temperaturu daha aşağı enib”, – o bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir