Məşhur əsərin üzərindəki “Yalnız bir dəli çəkə bilər” qeydinin müəllifi müəyyən olunub – FOTO | DEFAKTO.AZ Məşhur əsərin üzərindəki “Yalnız bir dəli çəkə bilər” qeydinin müəllifi müəyyən olunub – FOTO – DEFAKTO.AZ

Məşhur əsərin üzərindəki “Yalnız bir dəli çəkə bilər” qeydinin müəllifi müəyyən olunub – FOTO

99

Rəssam Edvard Munkun “Fəryad” əsərinin üzərində “Yalnız bir dəli çəkə bilər” adlı kiçik qeydin müəllifinin rəssamın özü olduğu ortaya çıxıb.

Bu barədə “New York Times” xəbər yayıb.

Uzun illər dünyanın ən tanınmış əsərlərindən birinin üzərindəki qeydin qalereyada narazı tamaşaçı tərəfindən yazıla biləcəyi düşünülürdü.

Lakin artıq rəsm əsərinə sahib olan Norveç Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyindəki kuratorlar mətnin həqiqətən rəssamın özü tərəfindən yazıldığına əmindirlər.

“Hazırda o, diqqətlə – hərf-hərf, söz-söz araşdırılıb və və hər cəhətdən Munkun yazısı ilə eyni olduğu ortaya çıxıb”, – deyə tarixçi May Britt Qyulenq  bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir