Türkiyədə 3,8 bal gücündə zəlzələ olub.
Defakto.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyin (AFAD) məlumat yayıb.
Zəlzələ Sivasda yerli vaxtla saat 01:42-də (Bakı vaxtı ilə saat 02:42-də-red.) qeydə alınıb. Yeraltı təkanların ocağı 6,98 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.