Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri ilə görüşdü – Fotolar | DEFAKTO.AZ Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri ilə görüşdü – Fotolar – DEFAKTO.AZ

Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri ilə görüşdü – Fotolar

7

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

XİN-dən verilən məlumata görə, nazir ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafından bəhs edib, Azərbaycanın Fransa ilə münasibətlərin inkişafına hər zaman yüksək əhəmiyyət verdiyini qeyd edib. Fransanın bölgədə hər zaman fəal olduğu və bütün istiqamətlərdə məsələlərin qarşılıqlı anlaşma və dialoq vasitəsilə inkişaf etdiyi vurğulanıb.

C.Bayramov bölgədə cərəyan edən son proseslər, o cümlədən 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, işğal faktorunun aradan qaldırılmasının iki dövlət arasında münasibətlərin normallaşması üçün əsas təşkil etdiyi, üçtərəfli bəyanatların həyata keçirilməsi və digər aidiyyəti məsələlər barədə qarşı tərəfə ətraflı məlumat verib. Beynəlxalq hüququn prinsipləri, xüsusilə də beynəlxalq sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət və sərhədlərin toxunulmazlığına hörmət əsasında münasibətlərin normallaşmasının mümkün olduğu qeyd olunub.

Fransa Milli Assambleyasının üzvləri səmimi qəbula, eləcə də təqdim edilən məlumata görə təşəkkürlərini ifadə ediblər. İki ölkənin parlamentləri arasındakı münasibətlərin dostluq prinsiplərinə söykəndiyini bildiriblər. Hazırkı səfərlərini bölgədə mövcud olan vəziyyətlə tanış olmaq, Azərbaycanın mövqeyi barədə məlumat əldə etmək baxımından faydalı qiymətləndiriblər.

Görüşün sonunda nazir Fransa Milli Assambleyasının üzvlərinin çoxsaylı suallarını cavablandırıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir