Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İtaliyanın Konqo Demokratik Respublikasındakı səfiri Luka Attanasionun öldürülməsinə münasibət bildirib.
Defakto.az xəbər verir ki, nazir “Twitter” hesabında səfirin öldürülməsindən kədərlənməsi ilə bağlı paylaşım edib.
Qeyd edək ki, italiyalı səfir Konqoda BMT konvoyuna edilən hücum nəticəsində öldürülüb.