Təhsil Nazirliyində şöbə müdirinin müavini işdən çıxdı | DEFAKTO.AZ Təhsil Nazirliyində şöbə müdirinin müavini işdən çıxdı – DEFAKTO.AZ

Təhsil Nazirliyində şöbə müdirinin müavini işdən çıxdı

9

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə işdən çıxıb.

Defakto.az xəbər verir ki, bu barədə M.Camalzadə özü məlumat yayıb.

O bildirib ki, fevralın 22-dən etibarən Təhsil Nazirliyi sistemində və dövlət qulluğundakı fəaliyyətini yekunlaşdırıb: “İşdən ayrılma barədə qərarımı anlayışla qarşıladığı üçün Nazirliyin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Uzun illər birlikdə çalışdığım dəyərli kollektivimizə və təhsil prosesinin bütün iştirakçılarına sağlamlıq və uğur arzu edirəm.

Əslində, uzun müddət idi ki, fəaliyyət sahəmi dəyişməklə bağlı düşünürdüm. Pandemiya dövründə isə ətraflı götür-qoy etmək üçün əla fürsət yaranmışdı. Çox təhlillərdən sonra o qənaətə gəldim ki, artıq Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini və İnsan resursları mərkəzinin müdiri vəzifələrində öz missiyamı başa vurmuşam.

Vəzifə funksiyalarını icra etmək üçün yalnız bilik və səriştə bir məqamdan sonra kifayət etmir. Əməkdaşda enerji və entuziazmın olması da mühüm şərtdir. Mən isə müvafiq sahə üzrə həmin enerjini ötən 8 il ərzində imtahan zallarında, vətəndaş qəbullarında və müxtəlif yoxlamalarda sərf etdim”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir