İngiltərədə koronavirus qadağalarının yumşaldılması çərçivəsində məktəblərin 8 martdan etibarən açılacağı bildirilib.
Defakto.az xəbər verir ki, bu barədə İngiltərənin Peyvənd naziri Nadhim Zahavi açıqlama verib.
O, martın 29-dan etibarən 2 ailə və ya 6 əfərlik qrupların çöldə görüşə biləcəyini deyib:
“Hədəf ilkin olaraq uşaqlar, sonra məktəblər, daha sonra iki nəfərlik qrupların çöldə görüşməsi və bəlkə bir fincan kofe içməsidir. Bu, 8 martdan etibarən mümkün olacaq. 29 martdan etibarən isə iki ailə və ya 6 nəfərlik qrupun açıq havada görüşü və idman fəaliyyətləri mümkün olacaq”.