Bu şirkət uçan taksilərin istehsalına başlayır | DEFAKTO.AZ Bu şirkət uçan taksilərin istehsalına başlayır – DEFAKTO.AZ

Bu şirkət uçan taksilərin istehsalına başlayır

6

Uçan taksi və digər dronların hazırlanması ilə məşğul olan Çinin “EHang” şirkəti 2021-ci ilin ikinci rübündə “EH216” adlı ikinəfərlik uçan taksilər istehsal edən zavodunu istifadəyə vermək niyyətindədir.

Defakto.az “ICTnews”a istinadən xəbər verir ki, “EHang” şirkətinin məlumatına görə, Quandun əyalətinin Yunfu şəhərində inşa edilən və sahəsi 24 min kvadrat metr olacaq zavodda ildə 600 “EH216” taksi istehsal ediləcəyi təxmin edilir, tələbat çox olduğu təqdirdə uçan taksi istehsalının həcmi artırıla bilər. Zavodun ərazisində, həmçinin tədqiqat mərkəzi və sınaq poliqonu tikiləcək.

İndi “EHang” şirkəti Quancjouda yerləşən mənzil-qərargahında sürücüsüz idarə olunan taksi və başqa dronlar istehsal edir. Yeni zavod istifadəyə verildikdən sonra şirkətin əsas ofisi öz diqqətini yeni məhsulların hazırlanmasına yönəldəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir