Bu ilin altı ayı ərzində körpələrə ən çox qoyulan adlar məlum olub.
Ədliyyə Nazirliyindən Moderator.az -ın sorğusuna cavab olaraq bildirilib ki, cari ilin altı ayı ərzində doğumu qeydə alınmış körpələrdən oğlan cinsindən olanlara Yusif, Əli, Hüseyn, Uğur və Ömər, qız cinsindən olanlara isə Zəhra, Nuray, Zeynəb, Aylin və Fatimə kimi adların verilməsi üstünlük təşkil edib.
Qeyd edilib ki, Azərbaycan adlarının mənşəyi, onların izahlı şərhi, əhali arasında yayılma səviyyəsi barədə məlumatlar Ədliyyə Nazirliyinin internet səhifəsinin “Dövlət xidmətləri” bölməsindən “Azərbaycan adları barədə məlumat” e-xidmət vasitəsilə də əldə oluna bilər.
Previous PostMəleykə Abbaszadənin qızı qəflətən vəfat edib-FOTO
Next PostAzərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı azaldı