Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir | DEFAKTO.AZ Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir – DEFAKTO.AZ

Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir

12

17 fevral saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək. 

Təhsil Nazirliyindən verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Qeyd edək ki, yanvarın 8-dən fevralın 17-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlı müvəqqəti olaraq dayandırılmışdı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir