Qaradağ sakini: “12 yaşlı oğlumu qorxudub, 2350 manat alıb” | DEFAKTO.AZ Qaradağ sakini: “12 yaşlı oğlumu qorxudub, 2350 manat alıb” – DEFAKTO.AZ

Qaradağ sakini: “12 yaşlı oğlumu qorxudub, 2350 manat alıb”

24


Qaradağ rayonunda oğluna hədə-qorxu gəlindiyini bildirən şəxs polisə müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Müşfiqabad qəsəbə sakini G.Əliyev bildirib ki, Zaur adlı şəxs onun 2011-ci il təvəllüdlü oğluna hədə-qorxu gəlib. Bu yolla Zaurun oğlundan 2 350 manat aldığını bildirən şəxs onun müəyyən edilərək məsuliyyətə cəlb edilməsini xahiş edib. O, hadisənin iyunun 26-da baş verdiyini, oğlunun qorxduğu üçün evdən götürdüyü 2 350 manat pulu həmin şəxsə verdiyini deyib.

Müraciətlə bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.