82 yaşlı almaniyalı təqaüdünün az olduğunu əsas gətirərək narkotik ticarəti ilə məşğul olub | DEFAKTO.AZ 82 yaşlı almaniyalı təqaüdünün az olduğunu əsas gətirərək narkotik ticarəti ilə məşğul olub – DEFAKTO.AZ

82 yaşlı almaniyalı təqaüdünün az olduğunu əsas gətirərək narkotik ticarəti ilə məşğul olub

9


Almaniyanın Şərqi Friziya regionun sakini narkotik alveri ilə məşğul olduğuna görə həbs edilib.

Keçmiş dənizçi marixuana alveri ilə məşğul olduğunu etiraf edib.

O, öz izahatında qeyd edib ki, hökumətin ona verdiyi 800 avro (təxminən 1 400 manat – red.) pensiya ilə yaşamaqda çətinlik çəkir və bunun üçün qeyri qanuni yollara əl atmağa məcbur olub. 

Məhkəmə onun 35 illik iş stajını, fiziki durumunu və ahıl yaşda olmasını nəzərə alaraq təqaüdçüyə iki illik şərti cəza kəsib.

Mənbə: Aussiedlerbote.de