Robotlar axırda hər kəsi işsiz qoyacaq: Növbədə aşpazlardır – VİDEO | DEFAKTO.AZ Robotlar axırda hər kəsi işsiz qoyacaq: Növbədə aşpazlardır – VİDEO – DEFAKTO.AZ

Robotlar axırda hər kəsi işsiz qoyacaq: Növbədə aşpazlardır – VİDEO

28


Müxtəlif yeməklərin hazırlanması videolarına baxaraq reseptləri öyrənən robot-aşpaz yaradılıb.

İxtira Kembric Universitetinin (Böyük Britaniya) tədqiqatçılarına məxsusdur. Onların bununla bağlı məqaləsi “IEEE Access” elmi jurnalında dərc olunub.

Robot proqramı simulyasiya maşın öyrənmə metoduna əsaslanır. Aparat insanın videoda nə etdiyinə baxır, daha sonra gördüklərini təkrarlamağa çalışır. Alimlər izah etdilər ki, bir qayda olaraq, eyni sxem üzrə insanlar da kulinariya bacarıqlarını təkmilləşdirirlər.

Tədqiqat çərçivəsində robota səkkiz sadə salatın reseptləri yüklənib. Daha sonra ona bu yeməklərin hazırlanması ilə bağlı kliplər nümayiş etdirilib. Əl hərəkətləri və inqrediyentlərlə maşın resepti təyin edib və bişirmə mərhələlərini təkrarlamağa başlayıb.

Təcrübənin sonunda “kiberaşpaz”dan öz yeməyini yaratması tapşırılıb.

Baxılan 16 videodan robot 93% hallarda resepti düzgün müəyyənləşdirib. Eyni zamanda, maşın yalnız 83% hallarda insanın aşpazının konkret hərəkətlərini tanıya bilib.

Tədqiqatçılar qeyd ediblər ki, robot videoları sosial şəbəkələrdə populyar olan məşhur aşpazların yeməklərini təkrarlaya bilmir. Problem ondadır ki, maşın məhsulların tez-tez və peşəkar kəsilməsi üçün xarakterik olan sürətli insan hərəkətlərini müəyyən edə bilmir.

Bununla belə, alimlər hesab edirlər ki, texnologiya zaman keçdikcə təkmilləşdikcə, robot “YouTube”dan yemək bişirməyi öyrənə biləcək.

Mənbə: Gazeta.ru