Türkiyə Nazirlər Kabineti yeni tərkibdə ilk dəfə toplandı – YENİLƏNİB + FOTO/VİDEO | DEFAKTO.AZ Türkiyə Nazirlər Kabineti yeni tərkibdə ilk dəfə toplandı – YENİLƏNİB + FOTO/VİDEO – DEFAKTO.AZ

Türkiyə Nazirlər Kabineti yeni tərkibdə ilk dəfə toplandı – YENİLƏNİB + FOTO/VİDEO

13


Türkiyə Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası keçirilir. 

Prezident Rəcəb Tayyib Ərdoğan və kabinet üzvləri iclasdan əvvəl Anıtqəbri ziyarət edib.

Daha sonra Ərdoğanın rəhbərliyi ilə prezident iqamətgahında ilk iclas başlayıb.

13:28

Bu gün Türkiyə Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası keçiriləcək.

İclasa Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

Prioritet mövzulardan iqtisadiyyatdakı son vəziyyət, inflyasiyanın birrəqəmli həddə endirilməsi üçün atılacaq addımlar, seçki dövründə evdar qadınlara pensiya, vergisiz telefon, faizsiz evlilik krediti kimi vədlərlə bağlı planlaşmanın müzakirə ediləcəyi gözlənilir.

Nazirlər Kabinetinin iclasında xarici siyasətlə bağlı digər mövzular, həmçinin də İsveçin NATO-ya üzvlük məsələsi müzakirə olunacaq.

Mənbə: TRT Haber