Lənkəranda 87 yaşlı qadın oğlu tərəfindən quyuya atılıb?- İDDİA + YENİLƏNİB/VİDEO | DEFAKTO.AZ Lənkəranda 87 yaşlı qadın oğlu tərəfindən quyuya atılıb?- İDDİA + YENİLƏNİB/VİDEO – DEFAKTO.AZ

Lənkəranda 87 yaşlı qadın oğlu tərəfindən quyuya atılıb?- İDDİA + YENİLƏNİB/VİDEO

16


Lənkəranda 87 yaşlı qadının quyuya düşməsinin təfərrüatı məlum olub.

DEFAKTO.az-nın məlumatına görə, 87 yaşlı Arifə Cahangirovanın qızları Kamilə Kazımova və Əsabə Yusubova iddia edirlər ki, analarını quyuya qardaşı Rza Qurbanov və onun ailəsi atıb.

Onlar bildiriblər ki, qadının gözləri görmür, quyunun üstü də bağlı olur. Quyu evdən aralıda yerləşir.

Rza Qurbanov bacılarının iddialarını əsassız sayır. R.Qurbanov bildirib ki, o və ailəsi anasına necə lazımdır qulluq edir. Anasının gözləri görür, amma eşitmə qabiliyyəti zəifdir. Hadisə baş verən zaman o və ailəsi işdə olub. Anası A. Cahangirovanın quyuya düşməsini də yaxınları tərəfindən eşidib. Hətta anasının quyudan çıxarılmasına cəhd edib. Bacarmadığından aidiyyəti orqanlara məlumat verib.

Qeyd edək ki, qadının qəsdən quyuya atılmağı ilə bağlı polisə hər hansı müraciət daxil olmayıb.

Hadisənin dəqiq səbəbi hüqüq-mühafizə orqanları tərəfindən araşdırılır.

15:36

Fövqəladə Hallar Nazirliyi Lənkəran rayonunun Tütəpeştə kəndində su quyusuna düşən şəxsin xilas edilməsinin görüntülərini paylaşıb.

Məlumatda qeyd olunub ki, FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri 1936-ci il təvəllüdlü A.Cahangirovanı dərinliyi təqribən 6-7 metr olan su quyusundan çıxarıblar.

12:40

Lənkəran sakini quyuya düşüb.

DEFAKTO.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinə Lənkəran rayonunun Tütəpeştə kəndində bir nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat daxil olub.

Regional Mərkəzin xüsusi riskli xilasetmə qrupu kənd sakini, 1936-cı il təvəllüdlü Arifə Möhsün qızı Cahangirovanı beş metr dərinlikdə olan quyudan çıxarıblar.

A.Cahangirova təcili tibbi yardım briqadasına təhvil verilib.