Mingəçevirdə 58 yaşlı kişi bədbəxt hadisə nəticəsində vəfat edib.
Oxu.Az-ın məlumatına görə, iyunun 2-də Mingəçevir şəhər sakini 1965-ci il təvəllüdlü Kamran Salahov qonşusunun həyətindəki tut ağacından yıxılaraq kəllə-beyin travması alıb.
O, xəstəxanaya yerləşdirilib və bu gün orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət