Göyçayda kənd yolunda yerləşən su kanalındakı antisanitar vəziyyət aradan qaldırıldı – YENİLƏNİB + FOTO | DEFAKTO.AZ Göyçayda kənd yolunda yerləşən su kanalındakı antisanitar vəziyyət aradan qaldırıldı – YENİLƏNİB + FOTO – DEFAKTO.AZ

Göyçayda kənd yolunda yerləşən su kanalındakı antisanitar vəziyyət aradan qaldırıldı – YENİLƏNİB + FOTO

14


“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Göyçay rayonu, Şəhadət kəndinin birinci küçəsindəki su kanalındakı antisanitar vəziyyət aradan qaldırılıb”.

Bu barədə DEFAKTO.az-a açıqlamaaınsa ASC-nin mətbuat katibi Dilqəm Şərifov bildirib.

O qeyd edib ki, sözügedən su kanalı quruma aid olmasa da, təmizlənib:

“Artıq Göyçay Suvarma Sistemləri idarəsi tərəfindən kanala atılan məişət tullantıları təmizlənib və antisanitar vəziyyət aradan qaldırılıb”.

16:09

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Göyçay rayonu, Şəhadət kəndinin birinci küçəsindəki kollektor-drenajda antisanitar vəziyyətin olması ilə bağlı yayılan məsələyə münasibət bildirib.

ASC-nin mətbuat katibi Dilqəm Şərifov DEFAKTO.az-a açıqlamasında bildirib ki, sözügedən kollektor-drenaj quruma aid deyil:

“Sözügedən yer rayonun Şəhadət kəndinin daxilində olan kiçik bir su arxıdır. Vətəndaşlar da məişət tullantılarını oraya atırlar. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin işi əhalinin atdığı zibili təmizləmək deyil. Amma kanal bizim balansda olmasa da, bu məsələ ilə bağlı Göyçay Suvarma Sistemləri idarəsinə tapşırıq verilib. Əraziyə atılan zibil təmizlənir”.

11:32

Göyçay rayonu, Şəhadət kəndinin birinci küçəsindəki kollektor-drenajda antisanitar vəziyyət yaranıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Ərazidə yaşayan sakinlər bildiriblər ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Baş Şirvan kollektorunun İstismarı İdarəsinin unutduğu, baxımsız saxladığı kollektorlardan biri şəhid polkovnik-leytenant Vidadi Xəlilovun adını daşıyan küçədən digər küçəyə keçidi məhdudlaşdırıb:

“Hazırda həmin küçənin sonunda avtomobillərin hərəkətinin davam etdirilməsi mümkün olmur. Buna səbəb rayonun Şəhadət kəndinin birinci küçəsindəki kollektorun tam mənada kol-kos və zibil tullantıları ilə tutulması, keçid körpüsünün olmamasıdır. Sel sularının axıb getməsi də mümkünsüzdür. Qeyd edək ki, sel sularının axıdılması üçün nəzərdə tutulan kollektora Baş Şirvan Kollektorunun İstismarı İdarəsi nəzarət edir”.

İlhamə Əbülfət