Tahir Kərimli: “Özümüz deyib, özümüz eşidirik” – VİDEO | DEFAKTO.AZ Tahir Kərimli: “Özümüz deyib, özümüz eşidirik” – VİDEO – DEFAKTO.AZ

Tahir Kərimli: “Özümüz deyib, özümüz eşidirik” – VİDEO

20


“Qaldırdığımız məsələləri özümüz deyib, özümüz eşidirik”.

DEFAKTO.az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

Tahir Kərimli qeyd edib ki, məsələlər həllini tapmır.

“Mən dəfələrlə seçicilərimin şikayətləri əsasında məsələlər qaldırmışam. Amma həllini tapmır. Özümüz deyib, özümüz eşidirik. Ancaq yazılı cavab verilir ki, məsələyə baxılacaq. Əvvəllər seçicilər deyirdilər ki, deputatlar məsələ qaldırmır. İndi də ittiham edirlər ki, məsələ qaldırılsa da, həllini tapmır, bunun xeyri yoxdur. Hökumətdən xahiş edirəm ki, qaldırdığımız məsələlərə baxsınlar”, – deyə Tahir Kərimli söyləyib.