Şuşada keçiriləcək basketbol turnirində qrupların tərkibi məlum oldu | DEFAKTO.AZ Şuşada keçiriləcək basketbol turnirində qrupların tərkibi məlum oldu – DEFAKTO.AZ

Şuşada keçiriləcək basketbol turnirində qrupların tərkibi məlum oldu

19


3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Şuşa mərhələsində iştirak edəcək 8 komanda 2 qrupda mübarizə aparacaq.

Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, A qrupunda Almaniya, Rumıniya, Türkiyə yığmaları və “Neftçi” klubu, B qrupunda Niderland, Macarıstan, Azərbaycan milliləri və Yaponiyanın “G FLOW” klubu yer alıb.

Reqlamentə əsasən, birinci yeri tutanlar birbaşa yarımfinala yüksələcəklər. İkinci və üçüncü sıranın sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə 1/4 final mərhələsində üz-üzə gələcəklər.

Şuşa mərhələsinin açılış oyunu iyunun 12-də saat 13:00-da Almaniya və Türkiyə seçmələri arasında baş tutacaq. Azərbaycan kollektivi qrupdakı ilk oyunu saat 14:15-də Macarıstan millisinə, “Neftçi” isə saat 13:50-də Rumıniya yığmasına qarşı keçirəcək.