“Barselona” İnyestanın komandasına qalib gəldi – VİDEO | DEFAKTO.AZ “Barselona” İnyestanın komandasına qalib gəldi – VİDEO – DEFAKTO.AZ

“Barselona” İnyestanın komandasına qalib gəldi – VİDEO

11


İspaniya çempionu “Barselona” yoxlama oyunu keçirib.

DEFAKTO.az xəbər verir ki, Kataloniya klubu Yaponiyada “Vissel Kobe” ilə qarşılaşıb.

Matç “Barsa”nın qələbəsi ilə başa çatıb – 2:0. Qolları 16-cı dəqiqədə Frank Kessye və 19-cu dəqiqədə Erik Qarsiya vurublar.

Qeyd edək ki, “Barselona”nın əfsanəsi Andres İnyesta “Vissel Kobe”nin formasını geyinir. O, sözügedən qarşılaşmada 81 dəqiqə meydanda olub. 39 yaşlı yarımmüdafiəçi iyulun 1-də Yaponiya təmsilçisini tərk edəcək.