“Norway Chess”: Şəhriyar Məmmədyarov yenə armageddonda uduzdu | DEFAKTO.AZ “Norway Chess”: Şəhriyar Məmmədyarov yenə armageddonda uduzdu – DEFAKTO.AZ

“Norway Chess”: Şəhriyar Məmmədyarov yenə armageddonda uduzdu

12


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan “Norway Chess” turnirində növbəti oyununu keçirib.

“DEFAKTO.az”un məlumatına görə, 38 yaşlı qrossmeyster VII turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. VI turda armageddonda Nakamuranın həmyerlisi Uesli Soya uduzan Məmmədyarov yenə eyni aqibətlə üzləşib.

O, hazırda 9 xalla 3-cü pillədə qərarlaşıb. 13 xalı olan Nakamura isə 2-cidir.

Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.