Kimliksiz uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olan Zöhrə Səyyadi “Xüsusi Ruhanilər Məhkəməsi” tərəfindən həbs edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Zöhrə Səyyadi Sistan və Bəluçistan əyalətində doğum şəhadətnaməsi olmayan uşaqlara çadırda dərs deyirdi.
Bir illik həbs cəzasını çəkmək üçün Tehrandakı Evin zindanına göndərilən qadın fəal əvvəllər də dinc mədəni fəalliyyətlərinə görə basqılarla üzləşib.