Qaxda güclü külək və leysan elektrik enerjisinin kəsilməsinə səbəb oldu – FOTO | DEFAKTO.AZ Qaxda güclü külək və leysan elektrik enerjisinin kəsilməsinə səbəb oldu – FOTO – DEFAKTO.AZ

Qaxda güclü külək və leysan elektrik enerjisinin kəsilməsinə səbəb oldu – FOTO

20


Qax rayonunda güclü külək və leysan yağış elektrik enerjisinin kəsilməsinə səbəb olub.

“DEFAKTO.az”un məlumatına görə, bu gün axşam saatlarından başlayaraq şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Əlverişsiz hava şəraitinə görə, Qaxda elektrik enerjisinin verilişi dayandırılıb.

Qeyd edək ki, artıq iki saata yaxındır, rayonda güclü küləklə müşahidə olunan leysan yağır.

Hazırda yağış davam edir.