Roza Zərgərlinin aktyor oğlu: “Oynayacağım rol haqqında danışmağa icazə verilmir” – FOTO | DEFAKTO.AZ Roza Zərgərlinin aktyor oğlu: “Oynayacağım rol haqqında danışmağa icazə verilmir” – FOTO – DEFAKTO.AZ

Roza Zərgərlinin aktyor oğlu: “Oynayacağım rol haqqında danışmağa icazə verilmir” – FOTO

15


“Hələ ki, serial haqqında ətraflı məlumat verə bilmirəm”.

Bu sözləri DEFAKTO.az-a açıqlamasında gənc aktyor Corc Qafarov deyib.

Xatırladaq ki, gənc aktyor Corc Qafarov Rusiyanın İVİ platformasının sifarişi ilə çəkiləcək miniserialda baş rollardan birində oynayacaq. Bununla bağlı məlumat yayılıb.

C.Qafarov Rusiya istehsalı olan serialda rol alacağı ilə bağlı yayılan məlumatı təsdiqləyib:

“Yayılan məlumatlar həqiqəti əks etdirir. Maraqlandığınız üçün təşəkkür edirəm. Lakin serial haqqında əlavə məlumatları bölüşməyə icazə vermirlər. Digər məqamları sizinlə çox təəssüf ki, bölüşə bilmirəm”.

Qeyd edək ki, Corc Qafarov 2014-2018-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-Kino aktyorluğunu bitirib. 2019-cu il dekabrın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram teatrının aktyorluq vəzifəsinə cəlb olunub. O, 2019-cu ildə Suraxanı Rayonu, Qaraçuxur bələdiyyəsinə üzv seçilib və oradakı fəaliyyəti ilə birlikdə aktyorluq karyerasını da davam etdirir. 2019-2020-ci illərdə “İmtahan”, 2020-2021-ci illərdə “Ata Ocağı” teleseriallarında rol alıb.

Nəzrin Vahid