İspaniya nəhənginin baş məşqçisi türk ulduzun transferini açıqladı | DEFAKTO.AZ İspaniya nəhənginin baş məşqçisi türk ulduzun transferini açıqladı – DEFAKTO.AZ

İspaniya nəhənginin baş məşqçisi türk ulduzun transferini açıqladı

26


Çağlar Söyüncü İngiltərənin “Lester” klubunu Madrid “Atletiko”suna dəyişib.

Bu barədə İspaniya təmsilçisinin baş məşqçisi Dieqo Simeone məlumat verib.

“Çağlarla çoxdan müqavilə imzalamışıq. Yeni mövsümdən bizimlə olacaq. Nəyə ehtiyacımızın olduğunu bilirik”, – deyə argentinalı mütəxəssis yerli radioların birinə söyləyib.

Türkiyə millisinin üzvü “Atletiko”ya azad agent kimi keçib. Onun 2018-ci ildən formasını geyindiyi “Lester” ötən mövsüm İngiltərə Premyer Liqasında 18-ci pilləni tutaraq aşağı liqaya düşüb.

Mənbə: NTV Spor